Modern.az

Ermənistan müdafiə nazirinin müavini işdən çıxarıldı

Ermənistan müdafiə nazirinin müavini işdən çıxarıldı

Dünya

21 İyul 2021, 16:12

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.

 

Qeyd edək ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilib. İyulun 21-də A.Karapetyan kollektivə təqdim olunub. Təqdimat zamanı çıxış edən erməni general orduda ciddi islahatların aparılacağını anons edib.

 

Xatırladaq ki, Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan iki gün öncə istefa verib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü