Modern.az

Gürcüstandakı soydaşlarımızdan 18 Oktyabr TƏBRİKİ

Gürcüstandakı soydaşlarımızdan 18 Oktyabr TƏBRİKİ

Aktual

17 Oktyabr 2021, 10:29

Gürcüstanın Qardabani şəhər Gənclər Mərkəzinin ofisində 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az  Gürcüstan mediasına istinadla xəbər verir ki, tədbirin aparıcısı Səlahəddin Piriyev tədbir haqqında qonaqlara məlumat verdikdən sonra çıxış üçün sözü, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğluna verib. Dəvətlərini qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirən Hacı Bəkiroğlu öz çıxışında müstəqillik günü münasibətlə dünya azərbaycanlılarını təbrik edib və Gürcüstan Azərbaycan münasibətlərinə toxunub.

 

Sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Sərxan İsmayılov çıxış edərək müstəqil Azərbaycan Respublikasının uğurlarından və Gürcüstanla olan iqtisadi, siyasi və digər münasibətlərindən söz açıb. Daha sonra Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Ramazanov, Gürcüstan Azərbaycanlıları Ağsaqqalları Şurasının sədr müavini Mayak Nemətov, 4 nömrəli ictimai məktəbin müəllimi Muradxan Eminov və ictimai fəal Məhəmməd Sarıyev çıxış ediblər. Tədbirdə Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri Azərbaycanla bağlı şeirlər səsləndiriblər.

 

Həmçinin tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, universitet tələbələri və Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri də iştirak ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü