Modern.az

Azərbaycanın Rumıniyadakı səfriliyi Buxarestdə anım mərasimi keçirib

Azərbaycanın Rumıniyadakı səfriliyi Buxarestdə anım mərasimi keçirib

Aktual

13 Dekabr 2012, 14:39

Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı–Heydər Əliyev Xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anam mərasimi keçirilib. Anma mərasiminə Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının İdarə  Heyətinin üzvləri, Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya Nümayəndəliyinin əməkdaşları, “Paul Polidor” adına Fondun, türk-tatar icmasının nümayəndələri, Heydər Əliyev adına təqaüdə layiq görülən tələbələr və Rumıniyada yaşayan və təhsil alan tələbələrimiz, İran azərbaycanlıları, Azərbaycansevər rumınlar və KİV nümayəndələri qatılıblar. Tədbir iştirakçıları tərəfindən H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Buxarest şəhərində ucaldılan büstün önünə əklillər qoyulub. Mərasimdə çıxış edən səfir Eldar Həsənov görkəmli siyasi xadim Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, onun Azərbaycan Respublikasının müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitlik və dinamik iqtisadi inkişafın bərqərar olunmasında, Rumıniya ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasındakı misilsiz xidmətlərindən bəhs edib. Digər iştirak edənlər ölkəmizin bu gün əldə etdiyi bütün müvəffəqiyyətlərin məhz Heydər Əliyevin uğurlu, uzaqgörən daxili və xarici siyasətinin, xalqın mədəni irsinin, intellektual potensialının, bütövlükdə mədəni quruculuq sahəsindəki fədakar əməyinin nəticəsi olduğunu vurğulayıblar. Yerli KİV-də tədbir geniş işıqlandırılıb.

Anoloji tədbir Serbiyanın paytaxtı Belqradda anma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları ilə yanaşı Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin dəstəyi ilə abadlaşdırılan və Heydər Əliyevin heykəli ucaldılan “Taşmaydan parkı”na gələrək, mərhum dövlət başçısının heykəli önünə gül-çiçək dəstələri düzüb və ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbir Azərbaycanın Serbiyadakı Səfirliyində davam etdirilib. Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Serbiyadakı Səfirliyinin müşaviri Qabil Köçərli Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs edib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü