Modern.az

Elçibəyin oğlu ifadə verməkdən imtina edib - EKSKLÜZİV

Elçibəyin oğlu ifadə verməkdən imtina edib - EKSKLÜZİV

11 Yanvar 2013, 17:27


Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev atasının zəhərlənməsi iddiası üzrə açılmış cinayət işi üzrə ifadə vermək istəməyib. Bu barədə Modern.az saytına mərhum eks-prezidentin qardaşı Almurad Əliyev bildirib.
 
“Əbülfəz Elçibəyin oğlu cinayət işi ilə bağlı ifadə vermək istəmədi”-deyə Almurad Əliyev bildirib.

Onun sözlərinə görə, Ərturqut Əliyev Elçibəyin müəmmalı ölümü ilə bağlı açılan cinayət işinin dayandırılmasını tələb etdiyinə görə prokurorluq əməkdaşlarına ifadə vermək istəməyib.

“Ərturqut belə şeylərdən danışmaq istəmədəyini deyir. Anası cinayət işi ilə bağlı dayısı ilə birgə ifadə verərkən də o, getmədi. O, belə şeylərdən uzaq olmaq istəyir. Ərturqut və eləcə də biz hamımız bu işin ən qısa zamanda dayandırılmasını tələb edirik. Prokurorluqda da bu haqda demişəm. Söz veriblər ki, qəti natrahat olmayın, iş təmiz başa çatdırılacaq. Cinayət işinin yaxın günlərdə yekunlaşacağını hesab etmirəm. Buna inanmıram. Gözləyirik. Görək sonluq necə olacaq. Bir daha deyim ki, artıq bu işin başa çatmasını istəyirik. Lazım gələrsə, bu işin dayandırılması ilə bağlı bir sıra rəsmi qurumlara da müraciət edəcəyik”, - deyə A.Əliyev bildirib.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü