Modern.az

“Xoca” filmi İngiltərədə nümayiş olunub

“Xoca” filmi İngiltərədə nümayiş olunub

Aktual

25 Fevral 2013, 09:35


“University College London”da (UCL) fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılğı ilə Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında (BAFTA) ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və “Bakıfilm” kinostudiyasının birgə istehsalı olan “Xoca” bədii filminin təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri və müxtəlif universitetlərdə təhsil alan tələbəblər iştirak ediblər.
Tədbiri açan UCL Azərbaycan cəmiyyətinin sədri Fərhad Əliyev tədbirin məqsədindən danışıb, “Xoca” filminin ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Səfirliyin əməkdaşı Vüsal Abdullayev Xocalı soyqırımı və Azərbaycan həqiqətləri haqqında ətraflı məlumat vermiş, işğalçı ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən söz açıb.

Xocalı həfətəsi çəçivəsində Britaniyada və dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdən danışan diplomat, bu uğurda “Xocalıya ədalət!” Beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeanın xüsusi xidmətlırinin olduğunu diqqətə çatdırıb. Kampaniya sayəsində beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında məlumatalrının daha da artdığını qeyd edib. 
“Xoca” filminin faciəni bütün miqyası ilə özündə əks etdirən ilk bədii film olması baxımından əhəmiyyətini vurğulayan V.Abdullayev ölkəmizin həqiqətlərindən bəhs edən bu cür filmlərin sayının çox olmasını arzulayıb.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin oğlu Fuad Musatafazadə kino mədəniyyətimizi zənginləşdirən film haqqında ətraflı məlumat verib. O, bildirib ki, ekran əsəri əsrlər boyu bu torpaqlarda yaşayan, erməni quldur birləşmələri tərəfindən işgəncə ilə qətlə yetirilən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə, Xocalı soyqırımının bütün qurbanlarının xatirəsinə həsr olunmuş özünəməxsus kinoabidədir:
“Filmin ərsəyə gətirilməsində əsas məqsədlərdən biri Azərbaycan həqiqtlərinin heç vaxt undulmayacağını dünya ictimaiyyətinə çatdırmaqdır”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?