Modern.az

Ombudsmanın monitorinq qrupu ilə bağlı yeni QAYDALAR

Ombudsmanın monitorinq qrupu ilə bağlı yeni QAYDALAR

Aktual

7 Oktyabr 2022, 11:28

Ombudsmanın Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

 

Layihəyə əsasən, Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq qruplarının üzvləri Konstitusiya Qanununun 13-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunurlar.

 

Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:

 

- dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;


- dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;


- həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;


- dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;


- vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb
etmək.


- Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Konstitusiya Qanununun 12-ci, 13-cü, 13- 1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?