Modern.az

Yer şumlayırdı, 2400 illik məzar AŞKARLADI

Yer şumlayırdı, 2400 illik məzar AŞKARLADI

Aktual

9 Oktyabr 2022, 09:00

Türkiyədə kəndli yer şumlayarkən 2400 illik tarixə malik məzar tapıb.

 

Modern.az xəbər verir ki, 55 yaşlı Ahmet Baki Karabacak adlı şəxs Muğla vilayətinin Milas qəsəbəsində tarlasını əkinə hazırlayarkən traktoru qəribə və iri bir daşa ilişib.

 

O, daha sonra otaq böyüklüyündə katakomba məzar aşkarladığını anlayıb.

 

Ahmet Baki Karabacak dərhal aidiyyatı orqanlara müraciət edib.

 

Hadisə yerinə gələn ekspedisiya qrupu tapılan məzarın təxminən 2400 ilə malik olduğunu müəyyənləşdirib. Məzarın içərisində dövrün zinət və məişət əşyaları da tapılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?