Modern.az

Deputatın yarmarkalarla bağlı iradına rəsmi cavab: Ola bilməz

Deputatın yarmarkalarla bağlı iradına rəsmi cavab: Ola bilməz

Aktual

26 Yanvar 2023, 12:58

“Yarmarkalara Kənd Təsərrüfatı Nazirliyindən nəzarət olunur”.

 

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

 

“Nəzarət qrupu yarmarkada qiymətlərin tənzimlənməsinə nəzarət edir. Ona görə də yarmarkada qiymətlər bazar qiymətlərindən aşağı ola bilməz”, - nazirlik rəsmisi deyib.

 

Qeyd edək ki, deputat Emin Hacıyev bu gün Milli Məclisin komitə iclasında yarmarkalarda qiymətlərə nəzarət məsələsini qaldırmışdı: “Orada problemlər var. Bildirim ki, həmin yarmarkalarda kəndlidən söhbət gedə bilməz. Yarmarkalarda vasitəçilər var və onlar da qiymətlərə təsir edir. Buna görə də nazirlik buna nəzarət etməlidir”.

Bu xəbər ilə bağlı
Yarmarkalarda kəndlidən söhbət gedə bilməz - Deputat
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü