Modern.az

Baş nazir Zahid Oruca səsləndi: O cihazı gətirin...

Baş nazir Zahid Oruca səsləndi: O cihazı gətirin...

Aktual

17 Mart 2023, 17:31

“Hansı cihazla müəyyənləşir ki, xalqın arasında hökumətin nüfuzu aşağıdır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

“Zahid Orucdan xahiş edəcəm ki, hansı cihazdırsa, gətirsin görək, xalqın arasında hökumətin nüfuzunu necə ölçürlər”,- deyə baş nazir hökumətin hesabatı ilə bağlı müzakirələrdə söyləyib.

 

Qeyd edək ki, deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi (STM) vətəndaşlar arasında müxtəlif mövzularla bağlı sorğular keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı