Modern.az

Bu qanun layihələri yenə müzakirə olunmadı - SİYAHI

Bu qanun layihələri yenə müzakirə olunmadı - SİYAHI

6 İyun 2023, 16:52

Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən 7 qanun layihəsindən 5-i müzakirəyə çıxarılmayıb.

 

Modern.az xəbər verir ki, həmin qanun layihələri bunlardır:

 

1. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

2. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

3. Rəqabət Məcəlləsinin layihəsi;

4. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

5. “Ali təhsil haqqında” qanun layihəsi.

 

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” və Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi isə müzakirəyə çıxarılaraq, plenar iclaslarda qəbul olub. 

 

Bir neçə sessiyadır ki, işlər planına salınan Rəqabət Məcəlləsinin layihəsi və “Ali təhsil haqqında” qanun layihəsi hələ də plenar iclasa tövsiyyə edilməyib.

 

Onu da bildirək ki, yaz sessiyasında Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsinə dair bir neçə ictimai dinləmə keçirib. Lakin sözügedən qanun layihəsinin qəbul edilməsinə nail olunmayıb. 

 

Qeyd edək ki, Milli Məclisin yas sessiyasında 14 iclas keçirilib, 91 qanun layihəsi qəbul edilib. Qanun layihələrindən biri yeni, 72 qanun layihəsi isə dəyişiklik edilən sənədlər olub. Bundan əlavə, 18 beynəlxalq müqavilə parlament tərəfindən təsdiq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü