Modern.az

Naxçıvanda su quyusundan MEYİT TAPILDI

Naxçıvanda su quyusundan MEYİT TAPILDI

Hadisə

2 İyul 2023, 15:45

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ordubad rayonunun Dəstə kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

FHN-dən "Modern.az"a verilən xəbərə görə, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?