Modern.az

Onlar Azərbaycan səngərlərini qorumalıykən Ukrayna müharibəsində iştirak edirlər - DEPUTAT

Onlar Azərbaycan səngərlərini qorumalıykən Ukrayna müharibəsində iştirak edirlər - DEPUTAT

29 Fevral 2024, 12:02

“Aldadılmış insanlar terror birləşmələrinə cəlb olunurlar. Bunu Rusiya-Ukrayna müharibəsində də görməkdəyik".


Modern.az bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

 

“Nə qədər oğullarımız Azərbaycan səngərlərini qorumalıykən Ukrayna müharibəsində iştirak üçün gedir və sonra tabutları gəlir, bu sanki həyatımızın ayrılmaz hissəsinə çevrilir və qəbul olunur. Suriyada terror birləşmələrinin tərkibində vuruşmaq cinayət hadisəsi hesab edilir, çünki bu, terror birləşməsidir. Ancaq nizami dövlət birləşmələrinin silahlı qüvvələrində olmaq cinayət yaratmır. Hesab edirəm ki, bu məsələdə peşəkar hüquq müdafiəçilərinin rəyi önəmli olar”,- deyə komitə sədri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?