Modern.az

Zəminə Əliqızının qəzeti bağlanıb

Zəminə Əliqızının qəzeti bağlanıb

Media

25 Noyabr 2013, 13:39


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri vəzifəsindən çıxarılan Zəminə Əliqızı baş redaktoru olduğu “Bakı təhsili” qəzeti bağlanıb. Modern.az saytının məlumatına görə, artıq qəzetin kollektivi də dağılıb.

“Bakı təhsili” qəzetinin bağlanmağını Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də saytımıza təsdiqlədilər, amma onun yenidən çıxıb-çıxmayacağı barədə məlumat verilmədi.

Bu arada məlum olub ki, “Bakı təhsili” qəzetinin bağlanması ilə əlaqədar Bakıdakı orta məktəblərdə çalışan müəllimlərdən aylıq abunə pulunun məcburi yığılması da dayanıb.

Fəaliyyəti dayanan “Bakı təhsili” qəzetinin baş redaktoru Zəminə Əliqızı oktyabrın 25-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparatında baş məsləhətçi vəzifəsində çalışır. Zəminə Əliqızı vəzifəsi dəyişəndən sonra verdiyi açıqlamada "Bakı Təhsili"  qəzetinin təsisçisinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi deyil, şəxsən özü olduğunu bildirmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü