Modern.az

TQDK-dan III qrupun abituriyentlərinə kömək

TQDK-dan III qrupun abituriyentlərinə kömək

7 İyul 2010, 16:30

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədi ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsait nəşr edib. TQDK-dan verilən məlumata görə, vəsaitdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Analoji vəsait I ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı