Modern.az

Jurnalistlər Tusi adına Klinikaya minnətdarlıq edir...

Jurnalistlər Tusi adına Klinikaya minnətdarlıq edir...

Qarabağ

8 Sentyabr 2010, 17:51

“Lider” Qadınlar Birliyinin təşəbbüsü ilə Parlament Jurnalistlər Birliyinin 20-ə qədər üzvününün N.Tusi adına Klinikada müayinəsi yekunlaşıb. Bu barədə qurumun rəhbəri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, klinikanın tibbi direktoru, tibb elmləri namizədi Teymur Musayev və tibbi direktor müavini, tibb elmləri namizədi Xalid Umudov jurnalistlərin pulsuz müayinəsi üçün bütün imkanlardan istifadə ediblər. 

E.Eyvazlının sözlərinə görə, hətta Xalid Umudov jurnalistlər arasında Azərbaycan həkimlərinin müsbət obrazını yaradıb: “Düşünməzdik ki, bizdə də belə qayğıkeş həkim olar. Bunu biz öz aramızda da müzakirə etdik. Demək olar ki, jurnalistlərimizin müayinə olunması prosesində əvvəldən sonadək Xalid Umudov iştirak etdi. Biz düşünürdük ki, bu klinikada bir dəfə bizi müayinə etməklə iş yekunlaşacaq. Ancaq Xalid Umudov bildirdi ki, neçə dəfə lazımdırsa, o qədər də müayinə olacaq. Artıq bəzi həmkarlarımız bir neçə dəfə müayinə olunub. Bizə göstərilən bu münasibətə görə həm “Lider” Qadınlar İctimai Birliyinə, həm də N.Tusi adına Klinikanın rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

  

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü