Modern.az

Yeni parlament Türkiyənin Suriya siyasətini dəyişəcək...

Yeni parlament Türkiyənin Suriya siyasətini dəyişəcək...

Aktual

12 İyun 2015, 10:38


İnkişaf etmiş dövlətlərin xarici siyasəti ölkə daxilində baş verən müxtəlif seçkilərdən sonra ya heç dəyişmir, ya da iqtidara gələn bu və ya digər partiyanın siyasi kursundan asılı olaraq, cüzi dəyişikliklərə uğrayir. Ölkənin inkişafı naminə həyata keçirilən xarici kursu siyasi konyukturanın dəyişməsindən asılı olmayaraq,  statik qalır.

Türkiyədə keçirilən son parlament seçkilərindən sonra mütəxəssisləri düşündürən məsələlər arasında Türkiyənin xarici siyasətində baş verə biləcək dəyişikliklər mühüm yer tutur.

Xüsusilə, Türkiyənin seçki sonrası Suriya siyasəti diqqət mərkəzindədir.

Uzun müddət Türkiyədə iqtidarda olan AKP-nin növbəti dəfə  hakimiyyətə təkbaşına gələ bilməməsi inkarolunmaz faktdır. Bu da məlumdur ki, partiyanın koalisiyaya girmək istədiyi və bunun üçün məsləhətləşmələrə başladığı siyasi qüvvələrin hamısı – CHP, MHP, HDP zamanında Türkiyənin apardığı Suriya siyasətinin qatı əleyhdarları olublar.  

Bu partiyalar AKP-ni Suriya böhranının tərkib hissəsi saymış, onu BƏŞƏR ƏSƏD rejiminə qarşı vuruşan müxalifəti silahlandırmaqda, hətta  “Cəbhət an-Nusra”, “İŞİD” kimi silahlı birləşmələrə qoşulmaq istəyənlərə Türkiyə sərhədini keçməkdə vasitəçilikdə günahlandırırlar.

İndi AKP-nin son seçkidə əvəllki uğuru qazana bilməməsinin səbəbnini məhz onun Suriya siyasətilə bağlayanlar var.

Bəzi siyasətçilər tam əmindirlər ki, seçki Türkiyənin Suriya ilə sərhəd bölgələrində, Rojava və Kobani siyasətindəki uğursuzluqların sayəsində uduzulub.

Bu da Suriya siyasətində Türkiyənin yeni addımlar atılmasının zəruriliynə dəlalət edir.

Hatay, Kilis, Qaziantəp, Şanlıurfa, Mardindən olan AKP-li deputatların sayı 30-dan 20-yə enib.

Kürdlərin yaşadığı 5 bölgədən isə bir nəfər də osun AKP-li seçilmədi.

Bütün bunlar Türkiyənin Suriya siyasətində yaxın zamanlarda baş verə biləcək dəyişikliklərdən xəbər verir.

Digər tərəfdən Syriya böhranı ilə təmasda olan müəyyən qüvvələrin yanaşmasında da dəyişikliklər hiss olumaqdadır.

Səudiyyə Ərbistanı, İran, ABŞ, Rusiya son zamanlar Yaxın Şərqi üzən bu münaqişəyə son vermək üçün Türkiyə ilə daha sıx-sıx  təmasda olmağın zərurətini dərk edirlər.

Onalr Türkiyəsiz həll yolunun mümkünsüzlüyü qənaətinə gəlməkdədirlər. Türkiyənin yeni qurulacaq hökuməti də  vəziyyəti hərtərəfli götür-goy edib həm daxili siyasi qüvvələri, həm də beynəlxalq qüvvələrı qane edə biləcək, öz növbəsində günahsız axıdılan qanların qarşısını almağa yönəlmiş syasətə başlamalıdır.

Digər tərəfdən Suriya böhranı Türkiyənin qarşısında sərhədlərin təhlükəsizliyi, İslam Dövlətinə qarşı mübarizə, qaçqınlar kimi problemlər yaradıb ki, bunları da həll etmədən sabitliyə nail olmaq mümkün deyil.

Qeyd olunan Suriya siyasətidə dönüş əldə etmək üçün Türkiyənin yeni qurulacaq hökumətdən ciddi gözləntilər var.

İndiki rəy Türkiyənin İran, Misir, Səudiyyə Ərəbistanı, Avropa Birliyi ilə münasibətlərdə dəyişiklik etməli və qrşıdurmaya deyil, əməkdaşlığa üstünlük verməli olduğunu diqtə edir.

Türkiyəsiz Suriya münaqişəsinin həll yolu olmadığı kimi, yaxın qonşuları ilə əməkdaşlıq etmədən Türkiyə üçün bu münaqişənin həllində uğur qazanmaq mümkün deyil.

Əlimusa İbrahimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü