Modern.az

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri seçki günü monitorinq aparacaq

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri seçki günü monitorinq aparacaq

8 Oktyabr 2010, 19:29


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haquqları bürosunun seçkilərin müşahidə missiyasının media üzrə təhlilçisi Rasto Kucellə görüşüb.

MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışaraq bildirib ki, media-ijtimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həyata keçirən Şura fəaliyyət göstərdiyi müddətdə curnalistlərin seçkini işıqlandırmaları ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb.
«Mətbuat Şurası seçki günü «qaynar xətt» yaradır. Bu recim kütləvi informasiya vasitələri təmsilçilərinə seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə operativ məlumat vermək imkanı yaradır. Bu ilki parlament seçkisində də eyni fəaliyyət göstəriləcək», - deyən Ə.Amaşov «qaynar xətt»ə daxil olan faktlar barədə müvafiq dövlət qurumlarına müraciət ünvanlandığını vurğulayıb.

MŞ sədri həmçinin bildirib ki, seçki günü Şuranın İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu formalaşdırılacaq. Həmin qrup paytaxtdakı və bölgələrdəki dairə və məntəqələrdə seçkinin gedişini izləyəcək. Bundan başqa MŞ qarşıdakı müddətdə ölkənin aparıcı KİV-lərində seçki ilə bağlı gedən materialların monitorinqini aparmağı da nəzərdə tutur.

Səfir Odri Qlover təmsil olunduğu qurumun Azərbaycandakı fəaliyyətindən bəhs edib. O, ATƏT-in seçkinin işıqlandırılması məsələlərinə xüsusilə önəm verdiyini vurğulayaraq, mövcud istiqamətdə KİV-lərin üzərinə düşən vəzifələr barədə ətraflı söhbət açıb.

Görüşdə həmçinin diffamasiya haqqında qanunun qəbuluna yönələn təşəbbüslər, söz və mətbuat azadlığı sahəsində nəzərə çarpan tendensiyalar barədə qarşılıqlı fikir mübadilələri aparılıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü