Modern.az

Yadigar Sadıqlı Müsavatdan istefa verdi

Yadigar Sadıqlı Müsavatdan istefa verdi

13 Dekabr 2023, 17:32

Müsavat Partiyası başqanının sabiq müavini, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib.

 

Modern.az xəbər verir ki, Yadigar Sadıqlı bu barədə “Facebook”da paylaşım edib.

 

O, paylaşımında Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb.

 

"Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım. İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir", - Yadigar Sadıqlı yazıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Putinlə Paşinyan razılaşdı: rus sərhədçilər Ermənistanı tərk edir