Modern.az

Əli Əsədovdan deputatların təkliflərinə cavab: "İstəklər imkanlardan çoxdur"

Əli Əsədovdan deputatların təkliflərinə cavab:

Parlament

15 Mart 2024, 16:38

Neft potensialımız azalmaqdadır. Bunun bir neçə təbii səbəbləri var.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

O qeyd edib ki, neft hasilatını aşağı düşmə prosesi gedir: "Neftin qiymətinin yuxarı olmasına baxmayaraq, biz azalmanı müşahidə edirik. Bunun əvəzlənməsi üçün dövlət işlər görür, danışıqlar aparlır”.

 

Baş nazir vurğulayıb ki, bim hər birimizin bir amalımız var, bu da xalqa xidmət etməkdir. 

 

“Bütün qaldırılan məsəlləri, demirəm ki, 100% həll edəcək. Biz çalışırıq ki, problemləri həll edək. Hər şey imkan daxilindədir. İstəklər, xahişlər hər zaman imkanlardan çoxdur”.

 

Qeyd edək ki, Milli Məclisin deputatları parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflər səsləndiriblər. Deputat Ceyhun Məmmədov minimum pensiya məbləğinin artırılmasını, Komitə sədri Musa Quliyev isə pensiyaçılara ildə iki dəfə bayram zamanı əlavə müavinətlərin verilməsini təklif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!