Modern.az

Kreml Kəlbəcərdəki gərginliyə görə Ermənistanı TƏQSİRLİ BİLİR

Kreml Kəlbəcərdəki gərginliyə görə Ermənistanı TƏQSİRLİ BİLİR

24 İyul 2021, 11:49

Son günlər Rusiya tərəfinin Ermənistandan narazılığı artıb.

 

Modern.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Moskvaya xüsusi simpatiyası ilə tanınan müdafiı naziri Vaqarşak Arutunyanın postundan azad olunması bu narazılığı daha da gücləndirib.

 

“Qraparak” qəzeti Zəngəzurda yerləşən rusiyalı sülhməramlılarının yerli sakinlərlə ünsiyyətdə Rusiyadan narazılıqlarını dilə gətirdiklərini yazır.

 

“Hərbçilər Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, erməni hakimiyyətini təqsirli bilir. Onlar Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməməsi barədə təəssürat yaradıldığını və bunun Ermənistana Qərb ölkələrinin ordularının yerləşdirilməsi məqsədilə atıldığını söyləyiblər”.

 

Kreml Nikol Paşinyan hakimiyyətinin kadr islahatları çərçivəsində hökumət və ordudakı Rusiya yönümlü şəxsləri Qərblə inteqrasiya tərəfdarları ilə əvəzlədiyini və cəbhə xəttində yaradılna gərginliyin bu məqsədə xidmət etdiyini düşünür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı