Modern.az

Sehirli bağçadan bütün qanqallar yığışdırılmalıdır - Deputat

“Sehirli bağça”dan bütün “qanqallar” yığışdırılmalıdır - Deputat

Təhsil

21 Mart 2023, 14:14

Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalışırlar. Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlamağa çalışırlar. Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

 

O vurğulayıb ki, bilmək - problemi tədqiq etmək, onu savadlı şəkildə aşkara çıxarmaq, materialı interperetasiya etmək və gəlinən nəticəni ciddi cəhdlə müdafiə etmək bacarığıdır.

 

"Müəllimin biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şagird arasında primitiv münasibət yaranır. Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir. Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir: öyrətmə prosesi təsadüfi xarakter daşımasın. Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etdiyi fəndən yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maraqlı elmi jurnallar dərc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. İndi bunlar yoxdur. Yalnız orta məktəb dərsliyi və test kitabçaları ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır. Görkəmli təhsil mütəxəssislərindən biri haqlı olaraq tədris proqramını "sehirli baxça" adlandırırdı. Bu sehirli baxğadan bütün qanqallar yığışdırılmalıdır", - deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı