"Bizim məqsədimiz ondan ibarətdir ki, ən yüksək nəticə göstərən müəllimləri ayıraq və tanıdaq".
Modern.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşən elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Sertifaksiyadan keçən müəllim həvəsləndirilməlidir. Ən yüksək nəticə nə deməkdir? Bizim bununla bağlı planımız var. Ancaq onu da deyim ki, müəllimləri 4 kateqoriyaya bölmək mənasızdır. Yəni bizim tək məqsədimiz ən yüksək nəticə göstərənlə zəif nəticə göstərənləri ayırmaqdır. Yəni 35, 40 və digər ballara görə kateqoriya ayıra bilmərik",-nazir bildirib.