Futbol üzrə 2026-cı il Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunlarından sonra turnirin 1/16 final mərhələsinin bir neçə cütü müəyyənləşib.
Modern.az xəbər verir ki, A, B, C, D, E, F, I, H, G qruplarında bütün oyunlar başa çatıb. Nəticədə “pley-off”da oynayacaq 32 komandadan 20-si artıq müəyyənləşib.
Meksika, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Kanada, Mərakeş, Cənubi Afrika Respublikası, Bosniya və Herseqovina, Kot-d'İvuar, Ekvador, Niderland, Yaponiya, İsveç, Avstraliya, Paraqvay, Belçika, Misir, İspaniya, Kabo-Verde, Seneqal milli komandaları “pley-off”a vəsiqə qazanıblar.
“Pley-off” oyunları:
CAR – Kanada
28 iyun, saat 23:00
Braziliya – Yaponiya
29 iyun, saat 23:00
Almaniya – Paraqvay:
29 iyun, saat 01:30-da
Niderland – Mərakeş
30 iyun, saat 05:00
Kot d'İvuar - Norveç
30 iyun, saat 21:00
Fransa – İsveç:
1 iyul, saat 02:00-da.
ABŞ - Bosniya və Herseqovina
2 iyul, saat 04:00
Avstraliya – Misir:
3 iyul, saat 23:00
Argentina – Kabo Verde:
4 iyul, saat 03:00
Seneqal millisi 2026-cı il Dünya Çempionatının pley-off mərhələsinə vəsiqəni təmin edib. Seneqal millisinin 1/16 finaldakı rəqibi daha sonra müəyyənləşəcək.
Bundan əlavə, H qrupunun qalibi İspaniya millisi 1/16 finalda J qrupunun ikincisi ilə oynayacaq. Həmin komanda ya Avstriya, ya da Əlcəzair olacaq.
2026-cı il Dünya Çempionatı Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Qrup mərhələsi 28 iyun tarixində başa çatacaq və bundan sonra komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər.