18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - Yazılar - Şəhid sayılmayır
Şəhid sayılmayır
29.09.2016, 10:13

Qabil



Şəhid sayılmayır

Gün vuran əsgər,

Şəhid sayılmayır

Don vuran əsgər.

Şəhid sayılmayır –

Qoy hamı bilsin!

Qoy gül balaların

Anası ölsün!

 

Məgər kef-damaqda

Gün vurdu onu?

Məgər qarlı dağda

Don vurdu onu?

Məgər turist idi,

Nəydi bu uşaq, –

İşi dağı-daşı

Boş-boş dolanmaq?!

 

Şəhidlik zirvəsi

Qanlı döyüşdə –

Əlbəttə!

Vətən uğrundakı

Şanlı döyüşdə –

Əlbəttə!

Bəs bərkə, bəs boşa

Salan təlimlər

Çevrilib olmalı

Müdhiş zülümlər?

Dözümün həddi var –

İnsan-insandır;

Həddinsə həddini

Aşmaq yamandır.

 

Əsgər döyüşlərə

Qanadlanmalı, –

Yoxsa gün altında

Bişib yanmalı?..

 

Əsgəri Vətənə

Verir əmanət

Ata-analar.

Vətən də əsgərə

Versin zəmanət,

Versin iqtidar.

Hər zabit cənab

Qoy versin cavab.

 

Əsgərə deməyin:

– Vəfat eylədi! –

Onu gün vuranda,

Don vuranda da –

Öz şəhidliyini

İsbat eylədi.

Başına ildırım

Şaxıyanda da,

Üstünə quzğunlar

Şığıyanda da.

 

Şəhidlik qanunu

Nədən ibarət?

Torpağa, bayrağa,

Xalqa sədaqət!

Adı bir, şəkli min.

Qəhrəmanlığın

Daş-tərəzisimi,

Arşınımı var? –

Deyin! Axı deyin, –

Qəhrəmanlığın?!

 

Şəhid sayılmayır

Hər ölən əsgər,

Şəhidlik meyarı –

Döyüş və səngər.

Səngərə, döyüşə

Gedən yolları

Əsgər tabutları

Bağlayır axı;

Nakam ömürlərin

Nakam baharı

Vallah, ürəkləri

Dağlayır axı.

 

Əsgər çayda batır –

Şəhid sayılmır.

Qasırğada itir –

Şəhid sayılmır.

Əsgər özbaşına

Batmayıb axı,

Əsgər özbaşına

İtməyib axı.

 

Bəs döyüş təlimi

Döyüş deyilmi?

Düşmənin üstünə

Yürüş deyilmi?

Əsgər çimərlikdə

Boğulmayıb ki...

Hərami düzündə,

Murov dağında

Səngərsiz ölməkçin

Doğulmayıb ki...

 

Əndazə verilir

Köçkün-qaçqına

Bir əsgər təlimdə

Düşür uçquna.

– Şəhid oldu! – demir,

– Öldü! – deyirik.

– Tabutu hörmətlə

Gəldi – deyirik.

Gəldi öz evinə,

Öz ünvanına.

Ananın cırılır

Siri-sifəti,

Atanın qolları

Düşür yanına.

Ay ananız ölsün,

Adsız igidlər!

Dad-ləzzət görməyən

Sütülcə əsgər.

 

Hələ də titrəyir

Daşkəsəndəki

Əsgərlər gömülən

Torpağın təki...

Bəlkə lap hələ də

Uşaqlar diri, –

Şəhid sayılmayır

Fəqət heç biri.

Şəhid sayılmayır

Hər ölən əsgər, –

Vətən çağrışına

Hər gələn əsgər.

 

28.07.2002

 

 

 

GÜN O GÜN OLMAYACAQ...

 

Nə qədər ki,

Gic-gic şe`r yazırsan sən,

Qardaşının,

Yoldaşının,

Sirdaşının,

Soydaşının

Ayağının altını

Qazırsan sən,

Gün o gün olmayacaq!

 

Pəhləvan da bizim övlad,

Nə olar, qoy çıxarsın ad, –

Ancaq bu gün

Nə qədər ki,

Döşək üstdə,

Xalça üstdə

Güləşinlə öyünürsən, –

Nə qədər ki,

Ekrandakı

Guya müdrik

Gülməcənlə,

Əslən təlxək hırıltınla,

Gülüşünlə öyünürsən –

Gün o gün olmayacaq!

 

Nə qədər ki,

Erməninin qarasınca

Qarı kimi deyinirsən,

Nə qədər ki,

Lap xırda bir toplantıda coşub-daşır,–

Sözdə-sovda

Qəzəbdən don geyinirsən,

Boğazına güc verirsən,

Qoluna yox;

Nə qədər ki,

Millət çıxmır,

Cürət çıxmır,

Qeyrət çıxmır

Ölüm-dirim yoluna, yox,

Gün o gün olmayacaq!

 

 

 


SON XƏBƏR
Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik aradan qaldırıldı
18.12.2017, 12:50

Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik aradan qaldırıldı

Nəsli tükənməkdə olan heyvanlar - FOTOLAR
18.12.2017, 12:49

Nəsli tükənməkdə olan heyvanlar - FOTOLAR

Bakıdakı yanacaqdoldurma məntəqəsində QULDURLUQ   
18.12.2017, 12:48

Bakıdakı yanacaqdoldurma məntəqəsində QULDURLUQ  

İraqdakı uşaqların bəziləri ölkəyə gətirilib
18.12.2017, 12:42

İraqdakı uşaqların bəziləri ölkəyə gətirilib

Sabahın HAVA PROQNOZU
18.12.2017, 12:41

Sabahın HAVA PROQNOZU

Ekspertdən velosipedçiləri saxlayan yol polisinə İTTİHAM: “Düzgün deyil!”   
18.12.2017, 12:40

Ekspertdən velosipedçiləri saxlayan yol polisinə İTTİHAM: “Düzgün deyil!”  

Əli Həsənovun nəvəsinə hökm oxundu - Zərərçəkmişlər şikayətçi olmadılar   
18.12.2017, 12:26

Əli Həsənovun nəvəsinə hökm oxundu - Zərərçəkmişlər şikayətçi olmadılar  

Azərbaycana gələn turistlər 1.3 milyard dollar XƏRCLƏYİB
18.12.2017, 12:23

Azərbaycana gələn turistlər 1.3 milyard dollar XƏRCLƏYİB

Daha 145 dövlət əmlakı özəlləşdirilir
18.12.2017, 12:19

Daha 145 dövlət əmlakı özəlləşdirilir

Dünya Bankının nümayəndələri İlham Əliyevin qəbulunda 
18.12.2017, 12:17

Dünya Bankının nümayəndələri İlham Əliyevin qəbulunda 

Kapital Bank bu nazirliyin işçilərinə endirimlə kreditlər verəcək
18.12.2017, 12:16

Kapital Bank bu nazirliyin işçilərinə endirimlə kreditlər verəcək

Qaramanlıların Hüseyn Əfəndisi! - Mərhum jurnalist haqda BİLMƏDİKLƏRİNİZ...
18.12.2017, 12:15

Qaramanlıların Hüseyn Əfəndisi! - Mərhum jurnalist haqda BİLMƏDİKLƏRİNİZ...

Qazaxda götürülən narkotikin mənbəyi Ağstafada aşkarlandı
18.12.2017, 12:12

Qazaxda götürülən narkotikin mənbəyi Ağstafada aşkarlandı

Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır - Ombudsman
18.12.2017, 11:53

Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır - Ombudsman

ADU-da Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
18.12.2017, 11:47

ADU-da Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

İlkin hərbi qeydiyyatla bağlı XƏBƏRDARLIQ - Cərimələnəcəklər
18.12.2017, 11:44

İlkin hərbi qeydiyyatla bağlı XƏBƏRDARLIQ - Cərimələnəcəklər

Elnarə Kamal Abdulla ilə iş birliyinə başladı: “Mən elə sizəm”
18.12.2017, 11:43

Elnarə Kamal Abdulla ilə iş birliyinə başladı: “Mən elə sizəm”

Din xadimləri gələn ildən maaş alacaqlar
18.12.2017, 11:36

Din xadimləri gələn ildən maaş alacaqlar

Fazil Məmmədovun federasiyasına CƏRİMƏ KƏSİLİR  
18.12.2017, 11:36

Fazil Məmmədovun federasiyasına CƏRİMƏ KƏSİLİR  

Bu il 600-ə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib
18.12.2017, 11:33

Bu il 600-ə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib

“Artur Rasizadə nazirlərdən daha əlçatandır” - Ambisiyasız Baş nazir, iddialı nazirlər...
18.12.2017, 11:23

“Artur Rasizadə nazirlərdən daha əlçatandır” - Ambisiyasız Baş nazir, iddialı nazirlər...

Saakaşvili Poroşenkoya yazdığı məktubdan DANIŞDI
18.12.2017, 11:14

Saakaşvili Poroşenkoya yazdığı məktubdan DANIŞDI

Yeni telekanal açmaq istəyənlər – RƏSMİ SİYAHI
18.12.2017, 11:07

Yeni telekanal açmaq istəyənlər – RƏSMİ SİYAHI

“Peşəni peşəkarlardan öyrənək”...
18.12.2017, 11:04

“Peşəni peşəkarlardan öyrənək”...

Heydər Əsədov şikayətçiləri İmişliyə yığacaq
18.12.2017, 11:02

Heydər Əsədov şikayətçiləri İmişliyə yığacaq

Bakının bu prospektində hərəkət məhdudlaşdırılır
18.12.2017, 10:59

Bakının bu prospektində hərəkət məhdudlaşdırılır

GUAM PA-nın sessiyasında Qarabağ məsələsi qaldırıldı
18.12.2017, 10:57

GUAM PA-nın sessiyasında Qarabağ məsələsi qaldırıldı

İlham Əliyev və birinci xanım 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə - YENİLƏNİB
18.12.2017, 10:57

İlham Əliyev və birinci xanım 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə - YENİLƏNİB

Erməni-müsəlman dostluğuna səy göstərən komissiyalar nə iş görür?
18.12.2017, 10:17

Erməni-müsəlman dostluğuna səy göstərən komissiyalar nə iş görür?

Abidələşən şəhid ömrü: “Gözlə, gələcəyəm”
18.12.2017, 10:12

Abidələşən şəhid ömrü: “Gözlə, gələcəyəm”

Ermənistan atəşkəsi 112 dəfə pozdu    
18.12.2017, 10:05

Ermənistan atəşkəsi 112 dəfə pozdu  

Aleksandr Nesterova ADU-nun dəvətli professoru adı verilib
18.12.2017, 09:56

Aleksandr Nesterova ADU-nun dəvətli professoru adı verilib

İlahiyyatçı: “Partiya funksioneri “dindarlardan istifadə edib hakimiyyətə gələk, sonra arxalarından bir təpik vuraq” dedi” - MÜSAHİBƏ
18.12.2017, 09:52

İlahiyyatçı: “Partiya funksioneri “dindarlardan istifadə edib hakimiyyətə gələk, sonra arxalarından bir təpik vuraq” dedi” - MÜSAHİBƏ

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı
18.12.2017, 09:47

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Bakı Ali Neft məktəbi yenə müqavilə imzaladı
18.12.2017, 09:45

Bakı Ali Neft məktəbi yenə müqavilə imzaladı

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.11%)
Araz Ağalarov (12.0%)
Mübariz Mənsimov (19.7%)
Fərhad Əhmədov(12.4%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(1.93%)
Digərləri(1.00%)