Modern.az

ATƏT sədrinin Azərbaycana səfəri başlayır

ATƏT sədrinin Azərbaycana səfəri başlayır

Aktual

28 İyun 2016, 17:12

İyunun 29-da Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri başlayır.

 

Bu barədə Modern.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaza 3 günlük səfəri çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

 

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həyata keçiriləcək.

 

Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində baş tutacaq səfər zamanı Bakıda və Yerevanda keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

 

Səfər Ermənistandan başlanacaq və nazirin Azərbaycana səfəri iyunun 30-na nəzərdə tutulur.

 

Almaniyalı nazir iyulun 1-də Tbilisidə ATƏT Parlament Assambleyasının yay sessiyasının açılışında iştirak edəcək.

 

Ağa AKİFOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı