Modern.az

Milli Məclisin komitə iclasları 15 sentyabrdan sonra başlayacaq

Milli Məclisin komitə iclasları 15 sentyabrdan sonra başlayacaq

Parlament

19 Avqust 2016, 10:43

“Parlamentin qarşıdan gələn payız sessiyasının ilk komitə iclasları sentyabrın 15-dən sonra başlayacaq”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Deputat bildirib ki, parlamentin komitə iclasının sentyabrın 15-dən sonra başlaması referendumla əlaqədardır:

“Referenduma görə Milli Məclisin ilk komitə iclasları sentyabrın 15-dən sonra başlayacaq.

Hadı Rəcəbli deyib ki, referendumla Konstitusiyaya ediləcək dəyişiklərdən sonra qanunvericilik aktlarına əlavə və dəyişiklər baş tutacaq:

“Referendum keçirilib qurtardıqdan sonra müvafiq olaraq hansı qanunlara və qanunvericilik aktlarına əlavə və dəyişiklər nəzərdə tutularsa, onlara da dəyişiklər ediləcək.
Referendumun nəticələri tam bəlli olduqdan sonra ölkə prezidenti tərəfindən Konstitusiyaya edilmiş dəyişiklər təsdiqlənəcək.

Onda sonra da buna müvafiq olaraq Konstitusiyada dəyişiklik edilmiş maddələrə uyğun gələn qanunlarda da dəyişiklər olacaq”-deyə Hadı Rəcəbli bildirib.

Xatırladaq ki, Azərbaycanda 26 sentyabrda Konstitusiya ediləcək dəyişiklərlə bağlı referendum keçiriləcək.

Belə ki, bu dəfə baş tutacaq referendumla Konstitusiyanın 22 maddəsində 44 dəyişiklik ediləcək.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı