Modern.az

Referendum olmayacaq - Britaniyada

Referendum olmayacaq - Britaniyada

Dünya

31 Avqust 2016, 22:44

Baş nazir referendum olmayacağını bildirdi. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı keçirilən referendumdan başqa ikinci bir səsvermə olmayacaq: “Baş nazir referendumdan sonra təkrar seçkilərin keçirilməyəcəyini elan etmişdi. Növbədənkənar seçkilərə ehtiyac yoxdur”.

 

Qeyd edək  ki, Böyük Britaniyanın AB-dən çıxmasını dəstəkləyən referendumun nəticəsindən sonra AB-də qalmaq üçün yeni səsvermə keçirmək məsələsi gündəmə gəlmişdi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı