Modern.az

Gürcüstan müxalifəti mitinq elan etdi

Gürcüstan müxalifəti mitinq elan etdi

Dünya

25 Aprel 2024, 22:53

Gürcüstan müxalifəti izdihamlı mitinq elan edib. Elanda bildirilir ki, aksiyada 126 ictimai təşkilat və media qurumunun iştirakı nəzərdə tutulub. Mitinq aprelin 28-də saat 19:00-da Respublika meydanında keçiriləcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı müxalifət partiyalarının birgə bəyanatında məlumat verilib.

 

Çağırış bəyanatında deyilir ki, ictimai təşkilatlar və media qurumları hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırır.

 

Məlumat üçün qeyd edək ki, Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Hakimiyyətin mitinqində 100 mindən çox insanın iştirakı planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok