Modern.az

“Şahdağ”da dincələn əcnəbilərin 80%-i ərəblərdir

“Şahdağ”da dincələn əcnəbilərin 80%-i ərəblərdir

28 Sentyabr 2016, 11:52

“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 27-dən etibarən 2016-cı il yay mövsümünü bağlı elan edib.

Bu barədə Modern.az-a mərkəzdən məlumat verilib. Bildirilib ki, sayca dördüncü olan bu yay mövsümü ərzində mərkəzə  üz tutan turistlərin sayı 30 000-dən çox olub. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib.

“Ümumilikdə əcnəbi qonaqların, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdən olan qonaqların əvvəlki mövsümlərə nisbətən çoxluq təşkil etdiyi  bu mövsüm bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalmış, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb,-deyə Mərkəzdən bildirilib.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün info-turlar, eləcə də xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil olunub.

Qeyd edək ki, mövsümlərarası dövrdə mərkəzdəki beş ulduzlu “Şahdağ Hotel və Spa” ilə yanaşı, regionun ən böyük SPA mərkəzi xüsusi sağlamlıq və bərpaedici detoks proqramı ilə qonaqların ixtiyarında olacaq. Artıq hazırlıqlarına start verilmiş qış mövsümünün açılışı isə ənənəvi olaraq dekabr ayının əvvəllərində baş tutacaq.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir