Modern.az

Şolts İlham Əliyevə təşəkkür etdi

Şolts İlham Əliyevə təşəkkür etdi

26 Aprel 2024, 14:43

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-a qədər faiz göstəricisini artırması çox gözəl xəbərdir.

 

Modern.az xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

 

"Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-i ilə qədər yeni iqlim hədəfləri formalaşdıra bilərik. İqlim maliyyələşməsinə biz büdcədən 6 milyard ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da biz iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm", - o qeyd edib.

 

O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsi üçün təşəkkür edib.

 

"Mən əminəm ki, biz əməkdaşlığımızı daha da dərinləşdirəcəyik", - kansler deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək