Modern.az

Deputat sığorta şirkətlərini ifşa etdi

Deputat sığorta şirkətlərini ifşa etdi

Aktual

30 Sentyabr 2016, 17:39

“Sığorta şirktlərini toplayıb onlarla ciddi danışmaq lazımdır. Azərbaycan vətəndaşları axı erməni deyillər?! Sığorta şirkətləri bu camaatla niyə belə rəftar edir?”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev “Sığorta haqqında” qanuna edilən dəyişiklik zamanı deyib.

 

O bildirib ki, son vaxtlar sığorta şirkətləri sürücülərin və vətəndaşların başlarına oyun açırlar:

 

“Son vaxtlar sığorta şirkətləri sürücüləri incidirlər. Mən özüm burada ad çəkməyəcəm. Ancaq onu deyim ki, bir neçə sığorta şirkəti ilə şəxsən danışmışam. Sual verirəm ki, axı bu millətlə niyə belə rəftar edirsiniz ? Mənə deyirlər ki, bəzən maşınların qiyməti ucuz olur ona görə də düzəltdirməyə dəymir. Yaxud deyirlər ki, gedib bizi versinlər məhkəməyə. Hesab edirəm ki, sığorta şirkətləri haqqında ciddi ölçü götürülməlidir”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı