Modern.az

ABŞ Ukrayna üçün 6 milyardlıq paketi bu gün elan edəcək

ABŞ Ukrayna üçün 6 milyardlıq paketi bu gün elan edəcək

Aktual

26 Aprel 2024, 10:25

Birləşmiş Ştatlar Ukraynaya 6 milyard dollar dəyərində hərbi yardım paketini tamamlayır və bunu aprelin 26-da cümə günü elan edə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Politico” qeyd edir ki, bu paket Ukrayna üçün yeni silah və sursatların istehsalına dair Amerika şirkətləri ilə bağlanmış müqavilələri təmsil edir. Amma müqavilə üzrə silah-sursatın göndərilməsi güman ki, çox vaxt aparacaq – bir neçə il.

“Politico”nun məlumatlı həmsöhbətlərinin sözlərinə görə, ABŞ administrasiyası Ukrayna üçün “Patriot” raketləri, mərmilər, pilotsuz uçuş aparatları, eləcə də Ukrayna təyyarələri üçün “hava-hava” tipli raketlər sifariş edir.

Bu sifarişlər üçün 6 milyard dollar məbləğində vəsait Ukrayna üçün yenicə təsdiq edilmiş 61 milyard dollarlıq paketdən götürüləcək.

Daha sonra Birləşmiş Ştatlar dərhal 1 milyard dollarlıq hərbi yardım göndərəcəyini açıqlayacaq.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə günü Ukraynanın müttəfiqlərinin Ramşteyn formatında növbəti görüşündə yeni paketi açıqlaya bilər.

Reuters Agentliyi də öz anonim mənbəsindən bu məlumatın təsdiqini alıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, “Politico”nun sadaladığı silah və sursat növləri ilə yanaşı, Ukrayna üçün əks-akkumulyator radarları, artilleriya, taktiki maşınlar və dəqiq idarə olunan sursatlar sifariş ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi