Modern.az

Cəbhədən son XƏBƏR: atəşkəs 10 dəfə pozuldu

Cəbhədən son XƏBƏR: atəşkəs 10 dəfə pozuldu

17 Oktyabr 2016, 09:25

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

 

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Tərtər rayonunun Göyarx kəndi yaxınlığında, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir