Modern.az

Gələn il Azərbaycanda iqtisadi artım 1 faiz olacaq

Gələn il Azərbaycanda iqtisadi artım 1 faiz olacaq

İqtisadiyyat

3 Noyabr 2016, 20:40

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) Azərbaycanda 2016-cı il üzrə resessiya ilə bağlı proqnozunu 3% səviyyəsində saxlayıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə EBRD-nin regional iqtisadi icmalında deyilir.

 

EBRD Azərbaycanda 2017-ci ildə iqtisadi artımla bağlı proqnozunu 1% səviyyəsində qoruyub. Qeyd edək ki, may ayından etibarən proqnoz bu səviyyədə olub.

 

"Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub. Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq hesabat dövründə manata təzyiqlər davam edib. İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub", - deyə sənəddə qeyd edilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı