Modern.az

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

İqtisadiyyat

8 May 2024, 14:22

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir.

 

Modern.az xəbər verir ki, forumda Azərbaycan-Bolqarıstan Ticarət və Sənaye Palatasının sədri Dimitri Bratanov, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak edirlər.

 

Forumda rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, neft-qaz, inşaat, mühəndislik xidmətləri, mebel, sığorta, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən 120-ə yaxın iş adamı iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi