Modern.az

3 yaşınadək övladını təkbaşına böyüdən valideynlərə şad XƏBƏR

3 yaşınadək övladını təkbaşına böyüdən valideynlərə şad XƏBƏR

16 Noyabr 2016, 11:51

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı tətbiq ediləcək.

 

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirlən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihədə öz əksini tapıb.

Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.

 

Yeni layihədə isə təklif edilib ki, yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar üçün nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

 

Ağa Akifoğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir