Modern.az

Bakı aeroportu ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq

Bakı aeroportu ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq

İqtisadiyyat

24 Noyabr 2016, 15:07

Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq.

Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində tapıb.

 

Layihənin  “4.3.5.1 Nəqliyyat sektorunun inkişaf istiqamətləri” adlanan fəslində bildirilir ki, ölkədə milli aviadaşıyıcının fəaliyyətinin daha da kommersiyalaşdırılması, tranzit yük daşımaları potensialının artırılması məqsədilə Heydər Əliyev Bakı Beynəlxalq Limanının hüdudlarında Xüsusi İqtisadi Zona və ölkə ərazisində hava nəqliyyatı logistik aşırma qovşaqları yaradılacaq.

“Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub  və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı