Modern.az

DTX-nın həbs etdiyi “reket jurnalist” həm də seçki məntəqəsinin sədriymiş - Yeni FAKTLAR

DTX-nın həbs etdiyi “reket jurnalist” həm də seçki məntəqəsinin sədriymiş - Yeni FAKTLAR

8 Dekabr 2016, 16:20

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaşayış olmayan mənzilləri məcburi köçkünlərdən geri alması ilə bağlı məlumat vermişdik. Hətta evi əlindən alınanlardan biri də 2014-cü ildə erməni girovluğunda öldürülən Həsən Həsənovun ailəsidir. Hərçənd ki ev onun ailəsinə məcburi köçkün olduqlarına görə yox, ailə başçısı erməni girovluğunda öldürüldüyünə görə verilmişdi...


Bu ərəfədə isə Modern.az-a daxil olan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin dekabrın 6-da keçirdiyi əməliyyatda saxlanılan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərciyin 10-cu binasında 4 otaqlı mənzili var.

Qeyd edək ki, Habil Vəliyev əslən Zəngilanın Həkəri kəndindir. Həmin mənzili də köçkün kimi qeydiyyata düşərək alıb. Amma 3 ildir mənzildə yaşayış olmamasına baxmayaraq, nədənsə reketçilikdə ittiham olunan “jurnalist”ə “Dövlətqaçqınkom” tərəfindən gözünün üstdə qaşın var deyən olmayıb.

Qeyd edək ki, Habil Vəliyev eyni zamanda "Yeni Əkinçi" qəzetlərinin, "Kanal M5", "M5 Pressa" və "Bakı TV" internet telekanalının rəhbəridir.

MSK-dan Modern.az-a daxil olan məlumata görə,  Habil Vəliyev həm də seçki məntəqəsinin sədridir.

Belə ki, onun adı hazırda da 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının (DSK) 6 saylı Seçki Məntəqəsində sədr olaraq keçir. Bu həbsdən sonra Vəliyevin məntəqə sədrliyindən uzaqlaşdırılması məsələsinə baxılacaq.



Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü