Modern.az

Prezident Azərbaycanın Avropa Komissiyası ilə maliyyələşdirmə sazişinə dair fərman verdi

Prezident Azərbaycanın Avropa Komissiyası ilə maliyyələşdirmə sazişinə dair fərman verdi

Aktual

31 Dekabr 2016, 14:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişinin təsdiqi barədə fərman imzalayıb. 

Fərmanla  Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair Maliyyələşdirmə Sazişi təsdiq edilib.
 Azərbaycan İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərməlidir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir