23 yanvar 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Mehriban Əliyeva: “Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər”
Mehriban Əliyeva: “Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər” +
11.01.2017, 18:15

Yanvarın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirdi. Azərbaycanın birinci xanımı dedi ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

 

Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd etdi, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını dedi. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən birinci xanım Mehriban Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirdi.

 

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğuladı. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söylədi. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirdi. Mehriban Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışdı, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd etdi.

 

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirdi, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söylədi. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd etdi.

 

Modern.az

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.01.2017, 00:16

İstanbula uçan təyyarə İranda məcburi eniş edib

22.01.2017, 23:58

Qarabağ əlili Yaşar Məhərrəmov torpağa tapşırılıb

22.01.2017, 23:44

Tovuzda pul oğrusu tutulub

22.01.2017, 23:27

Meksikada 7 nəfərin başı kəsilən meyiti tapılıb

22.01.2017, 23:13

Qar Şamaxı yolunda problem yaradıb

22.01.2017, 22:59

Azərbaycanlı gəncdən ixtira - VİDEO

22.01.2017, 22:44

Hakim partiyanın binasını atəşə tutan şəxs məhv edilib

22.01.2017, 22:19

Suriya böhranı üzrə danışıqlar yekunlaşıb

22.01.2017, 22:08

“Mən artıq “Lider” telekanalında işləmirəm” – Anar Həsənov, VİDEO

22.01.2017, 21:56

"Qarabağı bu alçaqlardan azad etmək lazımdır" - Sergey Culakyan, VİDEO

22.01.2017, 21:42

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi ...

22.01.2017, 21:25

Sərxoş piyada yol qəzasının qurbanı olub

22.01.2017, 21:13

ABŞ-da qasırğada ölənlərin sayı 15 nəfərə çatıb

22.01.2017, 20:57

Acınacaqlı şəraitdə yaşayan azyaşlılar - VİDEO

22.01.2017, 20:41

İngiltərə çempionu darmadağın oldu

22.01.2017, 20:29

İranlı iş adamı edam edilir

22.01.2017, 20:14

Yəməndəki toqquşmalarda 60-dan çox insan həlak olub

22.01.2017, 20:02

Türkiyə 15 ölkədən Gülən tərəfdarlarının verilməsini tələb edir

22.01.2017, 18:38

Madonna ABŞ-ın yeni prezidentini söydü

22.01.2017, 18:24

Amerikalı siyasətçilərin seks qalmaqalları

22.01.2017, 17:49

ABŞ tarixinin ən qoca prezidenti

22.01.2017, 17:29

Azərbaycan əsili futbolçunun ailəsində QALMAQAL

22.01.2017, 17:26

Hindistanda qatar qəzasında ölənlərin sayı 39-a çatıb (YENİLƏNİB)

22.01.2017, 16:46

Astanada İran və Rusiya nümayəndə heyətləri görüş keçirir

22.01.2017, 16:17

Medvedyev yenidən “Vahid Rusiya”nın sədri seçildi

22.01.2017, 16:14

Goranboyda avtomobil aşdı, xəsarət alanlar var

22.01.2017, 15:48

Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib

22.01.2017, 15:32

“Vətən qoxusu” Tovuzda təqdim olundu.

22.01.2017, 15:26

Obamanın prezidentlikdən sonrakı ilk günü

22.01.2017, 15:24

Yeni birinci ledi: “ABŞ-a xidmət etmək şərəfdir”

22.01.2017, 15:21

Arvadını oğru bilib güllələdi

22.01.2017, 15:20

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib

22.01.2017, 15:00

AKP-nin ofisinə hücum edən terrorçu saxlanılıb

22.01.2017, 14:05

Moskvada 38 aviareys təxirə salınıb

22.01.2017, 13:48

"Ukraynanın Donbasdan imtinası sülhə gətirib çıxarmayacaq"

ARXİV