Modern.az

Siyavuş Novruzov deputatlara HİRSLƏNDİ: “Oturduğunuz stula hörmət edin!”

Siyavuş Novruzov deputatlara HİRSLƏNDİ: “Oturduğunuz stula hörmət edin!”

1 Fevral 2017, 13:22

“Son zamanlar mətbuatda  bəzi həmkarlarımız qeyd edir ki, Milli Məclis işləmir.  Əgər  Milli Məclis işləmirsə, o zaman niyə buradan əmək haqqı, mükafat alırsan?! Milli Məclisin funksiyası qanun qəbul etməkdən ibarətdir.  Ötən sessiyada 100-dən çox qanun qəbul edilib. Bu qanunların hamısı ölkə iqtisadiyyatının inkişafı, vergilərin, maliyyə sisteminin tənzimlənməsi  ilə bağlıdır.  İndi biz nə edək?!”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.

 “Çiyinimizə taxta- şalban götürüb daşımalıyıq ki, biz işləyirik? Yoxsa divar hörməliyik?”-deyə o, iradını dilə gətirib.

S.Novruzovun sözlərinə görə, müsahibə verən deputatlar nə dediklərini  fikirlərşməlidirlər:

“Biri deyir ki, komanda  dəyişməlidir. Sən kimsən ki komanda dəyişəsən?  Komanda cənab Prezidentin komandasıdır.  Onun nəticəsində  bu gün Azərbaycanda nə qədər layihələr  həyata keçirilir, regionlarımız inkişaf edir,  ölkəmiz yendən qurulub, tikilib.  Bunu deyənlər onların birinin funksiyasını yerinə yetirə bilər?  Əgər edə bilmirsənsə,  iki gün mətbuat səhifələrində qalmaqdan ötrü  belə fikirlər irəli sürmək hansı məntiqə sığır?  Biz parlamentli respublika deyilik.

Hərdən  Türkiyəyə baxıb coşursuz. Biz prezidentli respublikayıq.  Bizim  borcumuz qanunları qəbul edib, onlara nəzarət etməkdən ibarətdir.  Biz icranın funksiyasını yerinə yetirməməliyik.  İcra funksiyasını yerinə yetirəni Azərbaycan Prezidenti təyin edir və əgər həmin şəxs vəzifəsinin öhdəsindən gəlmirsə,  dərhal həmin vəzifədən  azad edilir. Biz bunun dəfələrlə şahidiyi. Hətta bəziləri haqqında həbs-qətimkan tədbirləri görülüb.  Azərbaycanda korrupsiyaya  qarşı ciddi mübarizə aparılır.

Bununla bağlı qurumlar var ki onlar bununla məşğul olur.  İndi kiminsə kimdən xoşu gəlmirsə və  xahiş yerinə yetirmirsə,  bu o demək deyil ki, biz bu məsələləri bu cür qaldırmalıyıq. Hər kəsin özünün funksiyası var. Bizim funksiyamız da qanun qəbul etməkdir.  Parlamentin üzvləri beynəlxalq təşkilatlarda, başqa başqa insanlara, eləcə də ermənilərə qarşı mübarizə aparırlar.  Bundan başqa daha nə etməlidirlər? Bu baxımdan düşünürəm ki, çıxış edən hər kəs öz oturduğu stula hörmət etməlidir”.   

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü