Modern.az

Azərbaycan cüdoçusu finala yüksəldi

Azərbaycan cüdoçusu finala yüksəldi

İdman

26 Aprel 2024, 17:23

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda moldovalı Adil Osmanovla qarşılaşıb.

 

Rəqibinə qızıl xal bölümündə qalib gələn H. Heydərov həlledici görüşə vəsiqə qazanıb. O, finalda Danil Lavrentev (AIN) – Con-Benjamin Qaba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları - Rəşid Məmmədəliyev (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) isə turniri medalsız başa vurublar.

 

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi