Modern.az

Birinci ledi ilk dəfə prezidentlə səyahətə çıxdı

Birinci ledi ilk dəfə prezidentlə səyahətə çıxdı

Dünya

4 Fevral 2017, 21:27

Andiçmə mərasimindən bu yana ilk dəfə ABŞ prezidenti ilə yanaşı görünən birinci ledi Melania Tramp geyindiyi qırmızı paltar ilə göz qamaşdırdı. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 20-də keçirilən andiçmə mərasimindən bu yana proqramlarda yer almayan birinci xanım Florida səyahətində prezident Donald Trampı müşayiət edib.

 

Geydiyi qırmızı paltarı qırmızı ayaqqabı və çanta ilə tamamlayan Melania Tramp West Palm Beach Beynəlxalq Hava Limanında Air Force One təyyarəsindən xanımına sarılaraq enib.

 

Sloveniya əsilli birinci ledi andiçmə mərasimində mavi bir paltar geyinmişdi. Bir vaxt ABŞ dəbinə damğa vuran keçmiş birinci xanım Jaklin Kennedini xatırladan Melania Trampın andiçmə mərasimindəki bu qiyafəti barədə günlərlə danışılmışdı.

 

Prezident Donald Trampa gülümsəyən, ancaq arvadı arxasını çevirəndə üzündə tamamilə başqa bir ifadə meydana çıxan birinci xanım Florida səyahətində xoşbəxt görünürdü.

 

47 yaşlı birinci ledi 90-cı illərin ortasında ABŞ-a köçüb və Donald Trampla 2005-ci ildə evlənib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı