Modern.az

İsrail səfiri Cocuq Mərcanlı haqda danışdı

İsrail səfiri Cocuq Mərcanlı haqda danışdı

Aktual

16 Fevral 2017, 19:41

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin diplomatik missiyalarının və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Cocuq Mərcanlıda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav kənddə dağıntıların miqyasından narahatlığını ifadə edib. Modern.az xəbər verir ki, Trend-ə açıqlamasında səfir Cocuq Mərcanlıda gördüklərinin Azərbaycanla Ermənistan arasında uzanmış münaqişə barədə real təəssüratlar formalaşdıra biləcəyini deyib:  "Bu kənddə 1994-cü ildən bəri yaşayan ailə ilə tanış olmaq çox təsirli idi”.

 

Səfir məcbur köçkünlərin qısa zamanda doğma yerlərinə qayıda biləcəyinə ümid etdiyini deyib: “İsrailin təcrübəsinə, eləcə də insanlarla dövlətlər arasında sülhün bərpa olunmasının məqsədəuyğunluğuna əsaslanaraq, İsrail ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı