Modern.az

Deputat problemləri Baş nazirə çatdırdı

Deputat problemləri Baş nazirə çatdırdı

Aktual

17 Mart 2017, 12:54

“Azərbaycanda tarixdə görülmədiyi qədər dəmiryol sistemi yenilənib və yenidən qurulub”. Modern.az-ın məlulatına görə, bunu deputat Musa Qasımlı Milli Məclisdə hökumətin 2016-cı ildəki fəaliyyəti barədə hesabatına münasibət bildirərkən deyib.

O bildirib ki, ölkə başçısının müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsi nəticəsində nəinki ölkə iqtisadiyaytı dünyada baş verən mənfi tendensiyalardan yan keçib, əksinə iqtisadiyyatda müsbət meyllər qeydə alınıb.

Deputat Yardımlı və Masallı rayonlarındakı həllini gözləyən problemləri Baş nazirin diqqətinə çatdıraraq, onun həllində Azərbaycan hokumətindən yardım istəyib. O xüsusən, Yardımlı rayon kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini, kəndlərarası yol və körpülərin tikintisini, su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı həllini gözləyən problemləri qabardıb.

“Yardımlı-Masallı magistralının yenidən qurulmalıdır. Sovetlər dövründə Yardımlıya asfalt yol olmayıb. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin sayəsində Yardımlıya asfalt salınıb. Lakin son illərdə Ələt-Astara magistralının tikintisi zamanı Yardımlı ərazisindən bu yolun tikintisi üçün daşınan torpaq nəticəsində yol dağılıb. Düzdür, yol tikintisini həyata keçirən şirkət yolu sonda asfalt edəcəyini öhdəlik kimi üzərinə götürsə də, bunu etməyib. Odur ki, Yardımlı əhalisi ölkə başçısı tərəfindən onlara hədiyyə kimi asfalt edilən yolun bərpasını səbrsizliklə gözləyir”- deyə Musa Qasımlı əlavə edib.


Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü