Modern.az

“Paytaxtdan Regionlara” - Həmyaşıddan-həmyaşıda

“Paytaxtdan Regionlara” - Həmyaşıddan-həmyaşıda

11 Aprel 2011, 15:31

Son 20 il ərzində HİV bütün qitələrə və dünyanın hər bir ölkəsinə yayılıb. HİV infeksiyasının sosial əhəmiyyətini müəyyən edən əsas təhlükəli cəhəti infeksiyalaşmış şəxsin yoluxduqda orta hesabla 10-11 il keçdikdən sonra ölümünün praktiki olaraq labüd olmasıdır. HİV infeksiyası saysız-hesabsız sosial, iqtisadi, maddi, mənəvi, hüquqi və hətta siyasi nəticələrə səbəb olur. Cəmiyyətin ən həssas hissəsi olan gənclər gələcək inkişafın mühüm resurslarıdırlar. Azərbaycanlı gənclərin ehtiyaclarının ən mühümlərindən biri səhiyyə maarifləndirməsini artırmaq və fəal iştirak imkanlarını genişləndirməkdir. Gənclər sağlamlıqları ilə əlaqədar üzləşə biləcəkləri təhlükənin azaldılması üçün dəqiq informasiya və xidmətlər ilə təmin edilməli, həyati bacarıqlara yiyələnməli, HİV/AİDS-lə bağlı məlumat alma imkanına malik olmalı və uşaqların yaşaması üçün təhlükəsiz və qayğıkeş mühit yaradılmalıdır.

9-11 aprel 2011-ci il tarixdə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində HİV/AİDS Maarifləndirməsi mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır. Təlimdə 14-20 yaşlı 30 gənc iştirak etmişdir və iştirakçılar diplomla təltif olunub.

“Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində növbəti tədbir - Azərbaycanın Regionlarına Avtobus Turu bu ilin may ayında təşkil olunacaq.  

“NUR” UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008 və 2009-cu illərdə “STAYING ALIVE AWARD” mükafatı ilə təltif olunub. 2009-cu ildən etibarən MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən “Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara” adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcək. 



Mail Ağaxanov                    
 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü