Modern.az

Qaxda avtomobil aşıb, bir nəfər ölüb

Qaxda avtomobil aşıb, bir nəfər ölüb

Aktual

27 Mart 2017, 19:00

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


APA-nın Şəki-Zaqatala  bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 98-ci kilometrliyində, rayonun Qarabaldır kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İsa Cavanşir oğlu Səfərov idarə etdiyi “Mercedes” markalı, 90-ZX-339 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobili yolun kənarına aşırıb. Qəzadan sonra avtomobildə olan sərnişin -  1994-cü il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Elnarə Elmir qızı Abdurəhmanova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
 

Sürücü isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. 
 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir