Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dindarlarla görüşündə maraqlı açıqlama ilə yadda qalıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, başdan ayağa qara geyinən qazax qızlarının sayı getdikcə artır: “Bu durum nə adət-ənənələrimizə uyğundur, nə də xalqımıza yaraşır. Bunu qadağan edən qanun layihəsinin üzərində işləmək lazımdır. Qazax ənələrinə görə, qara geyim yalnız yas mərasimlərində geyinilə bilər”.
Prezident qeyd edib ki, yas mərasimləri istisna olmaqla, qadınların qara geyinməsi qadağan edilməlidir.
Modern.az