Modern.az

Gəncə sakini döyülərək öldürülüb

Gəncə sakini döyülərək öldürülüb

1 May 2017, 20:29

Gəncə şəhərində ölüm faktı qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1951-ci il təvəllüdlü Qurbanov Sədrəddin Zeynalabdin oğlu yaşadığı evdə ölüb. Məlumata görə, S.Qurbanovla hələlik adları məlum olmayan şəxslər arasında dava olub və həmin şəxslər onu döyərək müxtəlif xəsarətlər yetiriblər.

Evinə gələn S.Qurbanov özünü pis hiss edib. Evə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.

Onun başında və bədinin müxtəlif hissələrində xəsarət izləri aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir