18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - MEDİA - Politoloq çoxdur, danışmaq istəyənsə az - Siyasi yazarlar politoloq qıtlığına aydınlıq gətirdilər
Politoloq çoxdur, danışmaq istəyənsə az - Siyasi yazarlar politoloq qıtlığına aydınlıq gətirdilər
15.05.2017, 16:40

Azərbaycan cəmiyyətinin siyasi həyatında durğunluq yaşansa da, siyasətlə bağlı müəyyən məsələlərin daha yaxşı dərk edilməsi üçün analizə ehtiyac var. Bu baxımdan mətbuat  mütəmadi olaraq bir neçə politoloqa müraciət edir.
Lakin ictimaiyyət uzun illərdir eyni politoloqların üzünü görməkdən, təhlillərini oxumaqdan yorulub. Media niyə yeni politoloqlar təqdim edə bilmir? Yoxsa Azərbaycanda analitik düşüncə zəif inkişaf edib?

Modern.az  bununla bağlı siyasi yazarların fikirlərini öyrənib.


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy
düşünür ki,bir sıra hallarda mətbuat politoloqları istismar edir. Səbəbi  isə say azlığı, çevrənin çox dar olmasıdır:

“Azərbaycanda təkcə politoloq çatışmazlığı yoxdur, demək olar ki, əksər sahələrdə peşəkar qıtlığı var. Xatırlayırsınızsa, bir neçə il əvvəl Administrasiya rəhbəri Ramiz Mehdiyev həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturlarının ciddi kadr böhranı probleminin olmasından bəhs etmişdi və bildirmişdi ki, yüksək tələblərə uyğun kadr tapmaqla bağlı çətinliklər var. Belə olduğu təqdirdə mətbuatın politoloq azlığından şikayətlənməsi elə də təəccüblü deyil. Əslində biz mətbuat nümayəndələri olduğumuz üçün politoloq azlığını daha çox hiss edirik. Amma bu sahədə mütəxəssis azlığının olması həm də ictimaiyyətin problemidir. Baş verən hadisələrin anındaca şərhlər, fərqli fikirlər səslənməsi, proqnozlar verilməsi cəmiyyəti yeknəsəklikdən xilas edə bilər. Düzdür, şərhlərinə etimad etdiyimiz bir neçə politoloq var. Ancaq təəssüf ki, onların sayı çox deyil. Bunu da etiraf etməliyik ki, bir sıra hallarda mətbuat həmin fikirlərinə dəyər verdiyi politoloqları istismar edir. Səbəbi isə sizin dediyiniz kimi, say azlığı, çevrənin çox dar olmasıdır”.


E.Paşasoy politoloqların faktiki olaraq “ictimai əsaslarla” çalışdığını, mətbuata dəstək verdiklərini bildirib:


 “Vaxtilə mətbuatın yaxın dostları, həm də ictimai fikrin şərhlərini qəbul etdiyi rəhmətlik Vəfa Quluzadə, Həsən Quliyev, Zəfər Quliyev kimi dəyərli politoloqlarımız da var idi, artıq onlar bu həyatda yoxdurlar. Onların yoxluğu bir çox hallarda özünü  göstərir. Azərbaycanın ali məktəblərində politologiyadan, beynəlxalq münasibətlərdən ixtisaslaşan kifayət qədər gənclər var, amma onlar sonrakı mərhələdə parlaya bilmirlər. Bunun əsas səbəblərindən biri bəlkə də politologiyanın qazanc gətirməməsidir. Yəni tanıdığımız politoloqlar faktiki olaraq “ictimai əsaslarla” çalışırlar, mətbuata dəstək verirlər. Amma bir sıra ölkələrdə politoloqların şərhləri onlara şöhrətlə bərabər, böyük vəsaitlər qazandırır. Azərbaycanda isə bir-iki nümunədə qonorar müqabilində şərh verəcəyini deyən ekspertlər az qala “topa tutuldu”. Bəlkə də Azərbaycan reallıqları baxımından bu, normal hal deyil. Amma ümumiləşdirəndə bu sahədə çalışmaq istəyən şəxs yalnız mətbuatda görünməyi, məşhurlaşmağı deyil, həm də normal həyat imkanları ilə bağlı da götür-qoy edir. Əgər ölkə reallığında politoloqun böyük vəsaitlər qazanması mümkün olsaydı, çox keçməzdi ki, siyasi şərhçilərimizin sayı indikindən qat-qat artıq olardı. Azərbaycanın kifayət qədər intellektli gəncləri var və şübhə etmirəm ki, onlar bu sahədə də uğurlar qazana, parlaya bilərlər. Amma yolun sonunda işıq görmədiklərindən digər sahələrə üz tuturlar. Üstəlik, xaricə axın da öz sözünü deyir”.

Jurnalistin fikrincə, bu sahənin inkişafı üçün teledebatların keçirilməsi olduqca vacibdir:

“Politoloqların yetişməsi üçün bu sahədə ixtisaslaşan gənclərin iştirakı ilə vaxtaşırı teledebatların keçirilməsi olduqca vacibdir. Sizi inandırım, efirin kiçik bir hissəsi müğənnilərdən alınıb siyasi təhlilçilərin ixtiyarına verilsə, çox keçməz ki, ölkədə politoloq bolluğu müzakirə mövzusuna çevrilər. Bu müzakirələr həm də gənclərin politoloq olmasını stimullaşdırılmasında rol oynaya bilər. İndiki durum heç də ürəkaçan deyil. Qarabağ müharibəsi təkcə təmas xətti boyunca getmir, həm də informasiya müharibəsi gedir. Ölkə rəhbərliyi də dəfələrlə bəyan edib ki, biz informasiya müharibəsinə də xüsusi önəm verməliyik. Bu müharibədə isə politoloqlarımız ön xəttə sözlərini deməli, düşmənin “atəş nöqtələrini” susdurmaqla yanaşı, onu fakt qarşısında qoyan arqumentləri gündəmə daşımalıdırlar. Hücum diplomatiyasında bu, çox önəmlidir. Təəssüf ki, Azərbaycanı ölkə xaricində müdafiə edən politoloq Heydər Camalı itirəndən sonra ikinci ad çəkməyə çətinlik çəkirik. Yaxud Rusiyadan Bakıya gələn Duqinin qarşısına onun çapında politoloq çıxara bilməməyimiz üzücüdür.
Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti də qaneedici deyil. Bu mərkəz var olan politoloqları bir araya gətirməli, onların düşüncələrindən yararlanmalı və bu sahənin “kadr”larla təmin olunmasında öz sözünü deməlidir. Parlamentdə “biznesmen deputatların” politoloq deputatlardan çox olması da bizi düşündürməlidir”.

E.Paşasoy politoloq, analitik və şərhçilərin fərqindən də söz açıb:

“Analitika adətən, hansısa obyekt, yaxud hadisə ilə bağlı hərtərəfli və zəruri informasiyanın əldə olunmasını, şərhi özündə ehtiva edir ki, burada daha uğurlu nəticə əldə etmək üçün beyin fırtınası məncə, daha çox faydalı ola bilər. Azərbaycanda bir sıra analitik mərkəzlər fəaliyyət göstərir, ancaq təəssüf ki, bu mərkəzlərin əksəriyyətinin materialları bir nəfərin beyninin məhsulu kimi ortaya qoyulur və bəlkə buna görə də kifayət qədər populyarlıq qazana bilmir. Politoloq rəyi isə fərdin ərsəyə gətirdiyi “məhsul”dur və əsasən subyektiv məzmun kəsb edir. Konkretləşdirsək, politoloqların az olması səbəbindən analitik mərkəzlərin və analitikanın da imkanları məhdudlaşır ki, bunlar bir-biri ilə əlaqədar məsələlərdir. Arzu edək ki, elə bir gün gəlsin ki, Azərbaycanın analitik mərkəzləri və politoloqlarının şərhləri dünya çapında ciddi mənbə olaraq dəyərləndirilsin və ona reaksiyalar verilsin”.


“Strateq.az” saytının redaktoru Xaqani Səfəroğlu
deyib ki,  güclü politoloqun formalaşması üçün yaxşı elmi-siyasi təhlil institutları olmalıdır:

“Azərbaycanda politologiya elmi çox gəncdir. SSRİ vaxtı bu fənni tədris etmirdilər. 1991-ci ildən başlayaraq bu yeni termin ortaya çıxıb. Ölkədə ictimai-siyasi prosesləri doğru təhlil edəcək politoloqlarımız az da olsa, var. Lakin onların siyahısı çox məhduddur. Burada obyektiv və subyektiv maraqlar öz rolunu oynayıb. 

İlk növbədə qeyd edim ki, güclü politoloqun formalaşması üçün yaxşı elmi-siyasi təhlil institutları olmalıdır. Qərb ölkələrində müxtəlif siyasi problemləri öyrənən onlarla belə mərkəz, institut mövcuddur. Orada çalışan 100-lərlə politoloq ən müxtəlif rəylərini açıqlayır. Böyük dövlətlər üçün bu adi məsələdir. Lakin Azərbaycan kimi balaca ölkələrdə politoloq siyahısının kasad olması siyasi və ictimai aktivliyin dərəcəsindən çox asılıdır. Ölkədə fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi, digər təhlil qrupları yeni şəxsləri təqdim etməkdən çəkinməməlidirlər. Onların yazıları, şərhləri KİV-lərdə, efirdə gedəcək tok-şoularda səslənməlidir”.

X.Səfəroğlu  ölkə KİV-lərində ictimai-siyasi proseslərin politoloji şərhinin səthi olduğunu vurğulayıb:

“Digər tərəfdən, yeni politoloqların cəmiyyətə təqdim olunması TV-lərdən, radiodan və KİV-dən çox asılıdır. Əgər KİV siyasi proseslərlə bağlı yanız xəbərin ötürülməsi ilə kifayətlənirsə, o zaman həmin qəzet və ya sayt təbii ki, bu hadisənin izah olunmasına az maraq göstərir. Odur ki, ölkə KİV-lərində ictimai-siyasi proseslərin politoloji şərhi çox səthidir və əksər vaxtlarda standart məqamlarla müşayiət olunur. Halbuki, ölkəmizdə, dünyada baş verən bir çox siyasi proseslərin vətəndaşlara düzgün şərh olunması çox vacibdir. Bunun üçün hazırlıqlı siyasi şərhçilərə və TV aparıcılarına böyük ehtiyac var.  

Hazırda çox kövrək də olsa, yeni təhlilçilər meydana çıxırlar. Onlara etimadın yaranması hadisələrlə bağlı verə biləcəkləri düzgün proqnozlarından çox asılıdır”.

Jurnalistin fikrincə, politoloq və siyasi şərhçi çox yaxın anlayışlardır:


“Politoloq bu sahə üzrə diplomlu mütəxəssis, o, cəmiyyətin siyasət həyatının müəyyən dairəsi üzrə ekspert sayılır. Siyasəti öyrənərək, onun cəmiyyətdə yerini göstərir.

Siyasi şərhçi isə KİV-də çalışan jurnalist də ola bilər. Belə jurnalist reportyordan fərqli olaraq  siyasi hadisələr barədə informasiya gətirmir, həmin hadisələrin mahiyyyətini açıqlayır. Bunun üçün jurnalistin çox geniş siyasi bilikləri, proseslərin tarixini bilməlidir.

Siyasi şərhçi KİV-də məqalələrlə çıxış edir, TV-də və radioda müəllif verilişlər aparır, ekspertlərə suallar ünvanlayır və situasiyanı analiz edir. Mühüm məsələ odur ki, siyasi şərhçi  siyasi baxışları ilə üst-üstə düşən redaksiyalarda işləyə bilsin”.

Müstəqil jurnalist Azər Rəşidoğlu  məsələyə fərqli yanaşıb.O, bildirib ki,Azərbaycanda ümumiyyətlə siyasət yoxa çıxıb və bu gün politoloqları dəyərləndirən yoxdur:


“Azərbaycanda siyasət özü yoxa çıxıb, belə olan təqdirdə siyasət barədə elmə də ehtiyac qalmır. Filşünas olmaq üçün öncə filləri müşahidə etmək lazımdı. O ki qaldı eyni simaların bütün sahələr üzrə ekspert kimi çıxış etməsinə, bu, həm mətbuat üçün utancvericidir, həm də hər məsələ ilə bağlı şərh verən şəxslər üçün. Digəf tərəfdən, mətbuat yalnız eyni simalara üz tutur, ölkədə kifayət qədər savadlı ekspert var, mətbuat onları kəşf etməlidir, naftalin iyi verənləri tirajlamamalıdır.

Analitik düşüncə hər kəsdə ola bilməz. Necə ki, hər kəs rəssam, yaxud müğənni ola bilməz, eləcə də analitik olmaq hər kəsin nəsibi deyil. Bəzi siyasi partiyalara da zombilər lazımdı, analitik təfəkkürü olanların varlığı onların liderlərinin istəklərinə cavab vermir. Analitik düşüncəsi olan insanı istismar etmək asan deyil, odur ki, belələri uzaqlaşdırılır və onların yerinə sadiq kölələr gətirilir.

Mətbuat eyni düşüncəli insanları danışdıranda onlar nə danışmalıdır ki? Azərbaycanda çox güclü analitiklər var, onların bir hissəsi ölkədən mühacirət edib. Ərəstun Oruclu, Səbuhi Qafarov, Elxan Nəsibli xaricdə yaşayırlar, hər üçü son dərəcə güclü analitikdir. Ölkədə yaşayan Fuad Paşabəyli, Elxan Şükürlü və təvəzökarlıqdan uzaq olsa da, özüm daim proseslərə qeyri-standart yanaşırıq, görünməyən qatları aça bilirik. Hansı mətbuat bunu çap etməkdə maraqlıdır?”.


“Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu
isə həmkarlarından fərqli olaraq Azərbaycanda politoloqların çox olduğunu deyib:

“Bu gün Azərbaycanda politoloqlar çox olsa da, danışmaq istəyən azdır. Ölkədə politoloqlar, geniş dünyagörüşü olan adamlar kifayət qədərdir.  Onların arasında xarici ölkələrdə, dünyanın aparıcı universitetlərində təhsil alanlar da var. Azərbaycanın Elmlər Akademiyası, dünyadakı müxtəlif ölkələrin problemləri öyrənən çoxlu institutlar, elmi mərkəzlər var. Sadəcə, həmin mərkəzlərin elmi işçiləri mətbuata danışmır. Əsas problem budur”.

T.Fərhadoğlu politoloqla şərhçinin fərqini də qeyd edib:

“Şərh insanın şəxsi təsəvvürlərinə, ümumi bilikləri, dünya görüşlərinin nəticələrinə əsaslanır. Amma politoloji analizlər elmi, sosial-siyasi əsaslara, faktlara söykənir”.

 

Jurnalist Taleh  Şahsuvarlı problemin kökünün lap qədimdən qəldiyini bildirib:

“Sözün açığı, analitik düşüncə problemi daha qədim dövrlərə gedir. Orta əsrin sonlarına doğru Avropada Dekart kimi filosof fərqli fikirlərlə çıxış edirdi. Ondan sonra bir ənənə, yəni elmi təfəkkür formalaşdı. Təəssüflər ki, Azərbaycanda həmin proses getməyib. O cümlədən  Azərbaycan uzun müddət Çar Rusiyasının əsarətində qalıb. Həmin dövrdə ictimai düşüncənin inkişafının çox ciddi şəkildə qarşısı alınıb. Digər problem sovet sistemi ilə bağlıdır. Bilirsiniz, sovet sistemi totalitar sistem idi. Həmin  sistemdə hamını eyni cür danışmağa, susmağa, fikirləşməməyə məcbur edirdilər. Sırf bunlara görə də Azərbaycanda analitik təfəkkür inkişaf etməyib. Təbii ki, ölkəmiz yeni müstəqillik əldə edib və zaman-zaman bu problemlər öz həllini tapacaq.

 Ancaq həqiqətən, Azərbaycanda analitik bazar məhdud səviyyədədir. Təkcə bu sahədə deyil, digər sahələrdə də eyni hal müşahidə olunur. Buna baxmayaraq, yaxşı analitiklər də var. Bəziləri mediadan qaçır, bəzilərinə isə mətbuat heç özü müarciət etmir. Dünyada ən çox qazanan adamlar analitiklərdir. Ancaq Azərbaycanda bir analitik nə qədər və haradan qazanır? Əsas sual budur. Media siyasi ekspertlərə qonarar versə, rəqabət yaranar və bu sahə inkişaf edər”.

T.Şahsuvarlı politoloqla şərhçinin fərqində də bəhs edib:

“Siyasi prosesi şərh edənlərin politoloq olması önəmli deyil. Siyasi təcrübəsi olan, məsələn, millət vəkilləri, diplomatlar müəyyən prosesləri şərh edə bilərlər. Lakin politoloq artıq ixtisasdır. Bununla məşğul olan şəxs akademik təhsillidir və pulunu oradan qazanır”.

 

Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib
17.01.2018, 22:14

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI
17.01.2018, 21:57

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
17.01.2018, 21:43

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov
17.01.2018, 21:27

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov

Tramp jurnalisti mətbuat konfransından qovdu
17.01.2018, 21:14

Tramp jurnalisti mətbuat konfransından qovdu

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı
17.01.2018, 20:59

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı

Bütün qərarsız radar cərimələri silindi
17.01.2018, 20:46

Bütün qərarsız radar cərimələri silindi

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib
17.01.2018, 20:28

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi
17.01.2018, 20:16

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR
17.01.2018, 20:01

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı
17.01.2018, 19:51

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib
17.01.2018, 18:56

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq
17.01.2018, 18:44

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”
17.01.2018, 18:27

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”

Azərbaycanın Xalq artisti vəfat edib
17.01.2018, 18:15

Azərbaycanın Xalq artisti vəfat edib

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı
17.01.2018, 18:08

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay
17.01.2018, 17:48

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay

Tənha insanlar üçün yeni nazirlik yaradıldı
17.01.2018, 17:43

Tənha insanlar üçün yeni nazirlik yaradıldı

146 milyon manat güzəştli kredit verilib
17.01.2018, 17:37

146 milyon manat güzəştli kredit verilib

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı   
17.01.2018, 17:33

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.01.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi
17.01.2018, 17:08

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ
17.01.2018, 17:04

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...
17.01.2018, 17:00

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.0%)
- Geyimə(3.50%)
- Müalicəyə(5.44%)
- Kommunal xidmət haqlarına(13.6%)
- Təhsilə(2.33%)
- İstirahətə(1.16%)
- Kitaba(0.77%)
- Rüşvətə(4.28%)
- Əyləncəyə(0.77%)
- Digər şeylərə(14.0%)